Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.



 
AnasayfaAnasayfa  Latest imagesLatest images  AxtarAxtar  Qeydiyyatdan keçinQeydiyyatdan keçin  GirişGiriş  

 

 Sən yalnızlıq nədir bilirsənmi?

Aşağa gitmek 
2 posters
MüəllifIsmarıc
Admin
Admin
Admin
Admin


İsmarıc sayı : 16
Doğum günü : 27/05/10
Yaş : 28
Şəhər/ölkə : Sumqayit

Sən yalnızlıq nədir bilirsənmi? Empty
Yeni mövzuMövzu: Sən yalnızlıq nədir bilirsənmi?   Sən yalnızlıq nədir bilirsənmi? EmptyC.a. İyun 03, 2010 3:43 pm

Əvvəlcə dünyaya göz açdım, həyata təmiz pəncərədən baxmaq üçün...
Xoşbəxt bir ailə istərkən əvəzində atamı itirdim, o zaman onun sifət cizgilərini yadımda saxlaya bilməyəcək qədər körpə idim...
Uşaq evi - bura mənim həyata döyüşçü kimi hazırlayan bir məktəb idi. Burda ac qalmamaq üçün boyumuz qısa, gördüyümüz işlər isə böyük idi. O zaman biz bu həyat tərzinə nifrət etsək də, hardan bilərdik ki, bu yaşam tərzi nə vaxtsa kiməsə möhtac olmamağı bizə öyrədəcək...
Uşaq evi bizə hər şeyi öyrətsə də bir şeyi öyrətmədi, hansı ki, hər uşağa o lazım idi, hər bir uşağın onu dadmağa ehtiyacı var idi, hiss etməli idi...
Biz bu dünyada yaşayarkən ana məhəbbətini hiss etmədik, ana məhəbbətini hiss edərkən isə dünyada yaşamırdıq...
Mən də istərdim yuxudan səssiz, səmirsiz oyanmayım, mənim anam oyatsın yuxudan, ''dur bala, səhər açıldı'' desin mənə. Ama o səsi eşitmədim...
Siz bəlkə də bezərdiniz ananızın sizə ''evə gecikmə, tez gəl'' deməsindən, ama kaş mən anamdan heç bir sözü yox, sadəcə o sözü eşidərdim, təki eşidərdim...
Bizim də bir günümüz xoş, bir günümüz acılarla keçirdi. Şahmatdakı atın gedişi kimi, bir gediş ağ xanaya, o biri gediş isə qara xanaya düşürdü...
Bizə orada bir cümləni tez-tez eşidirdik, '' hər qaranlıq gecənin işıqlı bir sabahı var''. Ama biz o işığı görə bilmədik... Beləcə ümidlərlə yaşayaraq o işığı gözlədik, ama gəlmədi o işıq, görə bilmədik o işığı. Bəzən uzaqlarda kiçicik bir işığı görürdük, qaçırdıq ona sarı, biz qaçdıqca o işıq böyümək əvəzinə kiçilirdi, o işığa hər yaxınlaşdığımızda gözdən itirdi, yox olurdu...
Mən bu sözləri demirəm ki, kimsə mənə acısın, mən bu sözləri deyirəm ki, öz valideynlərinizin qədrini o yanınızdaykən bilin. Hər gününüzü ömrünüzün son günü kimi yaşayın, hər aldığınız nəfəsin qədrini bilin...
Sən anasız böyümək nədir bilirsənmi?
Sən hər yuxudan duranda baş ucunda ananı görməməyin necə bir hiss olduğunu bilirsənmi?
Allah eləməsin biləsən...
Sən bir ailən olduğu üçün hər yatanda Allaha şükr etdinmi?
Sən yalnızlıq nədir bilirsənmi?
Əvvələ qayıt Aşağa gitmek
https://azeri.all-up.com
BlacK_BoY
Admin
Admin
BlacK_BoY


İsmarıc sayı : 6
Doğum günü : 31/05/10
Yaş : 27
Şəhər/ölkə : Azerbaycan,Sumqayit

Sən yalnızlıq nədir bilirsənmi? Empty
Yeni mövzuMövzu: Geri: Sən yalnızlıq nədir bilirsənmi?   Sən yalnızlıq nədir bilirsənmi? EmptyC. İyun 04, 2010 1:40 pm

TWK
Əvvələ qayıt Aşağa gitmek
 
Sən yalnızlıq nədir bilirsənmi?
Əvvələ qayıt 
1 səhifə (Cəmi 1 səhifə)

Bu forumun müsaadesi var:Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.
 :: Ordan-Burdan :: Sevgi Hekayeleri-
Keç: